Rusiya

Rusiyanın müdafiə naziri Ukraynanı kassetli bombalarla hədələdi

15 Avqust 2023 14:06
Baxış: 1 145
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ölkəsinin silahlı qüvvələrinin Ukraynada kassetli bombalardan istifadə edə biləcəyini açıqlayıb.

Milli.Az "report"a istinadən bildirir ki, o, bu barədə Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

S.Şoyqu bildirib ki, Ukrayna tərəfindən beynəlxalq humanitar hüquq və normalarının pozulması Rusiyanın kasset bombalarından istifadə ilə bağlı qərara yenidən baxmasını aktuallaşdırıb.

"Bizim kasetli bombalarımız da var. İndiyədək humanitar səbəblərə görə onlardan istifadə etməkdən çəkinmişik. Lakin bu qərara yenidən baxıla bilər", - S.Şoyqu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.