Rusiya

Keçmiş diplomatın oğlu Moskvada qətl törətdi - FOTO

16 May 2023 10:22
Baxış: 3 252
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya paytaxtı Moskvada keçmiş diplomatın oğlu 22 yaşlı qızı öldürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə 112 "Telegram" kanalı məlumat verib.

Öldürülən Anastasiya adlı qız və 32 yaşlı Aleksandr Berezyuk arasında mübahisə yaranıb. Bu zaman Aleksandr bıçaqla qıza xəsarətlər yetirib. Anastasiya qanlar içində anasının mənzilində tapılıb.

O, boynundan, çiynindən və sağ gicgah hissədən bıçaq zərbələri alıb. Həkimlər qızın həyatını xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Anastasiya onların qollarında can verib.

Qətldə şübhəli bilinən şəxs saxlanılıb, hadisə ilə bağlı istintaq başlanılıb.

Məlumata görə, saxlanılan şəxs Rusiyanın Pakistandakı səfir müşavirinin keçmiş məsləhətçisinin oğludur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.