Rusiya

Rusiya qoşunları Kiyevə 15 raket atıb

9 May 2023 12:23
Baxış: 1 179
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya qoşunları bu gecə Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib. Hava hücumundan müdafiə qüvvələri düşmənin bütün hədəflərini məhv edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.

Qeyd edilir ki, gecə hücumu Xəzər dənizi ərazisindən Tu-95MS strateji bombardmançı təyyarələri tərəfindən həyata keçirilib.

"K-101" (X-555) tipli atılan qanadlı raketlərin hədəflərə çatmadığı bildirilir. İlkin məlumata görə, Kiyev ətrafındakı hava məkanında düşmənin 10-a yaxın hava hədəfi aşkarlanaraq məhv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.