Rusiya

HMS-lər cəbhədədir, Moskva müdafiəsizdir - Ekspert

8 May 2023 13:19
Baxış: 1 204
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya hər kəsi inandırmağa çalışır ki, ölkə, xüsusən də Moskvadakı hava hücumundan müdafiə sistemi dünyanın ən güclüsüdür. Bəlkə də Moskva və Kreml üzərində hava hücumundan müdafiə sisteminə Krım və Rusiyanın Qara dəniz Donanmasının əsas bazası - Sevastopol üzərində sistemlər rəqib ola bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznyov "Moskvanı mümkün dron hücumlarından qorumaq üçün hansı qüvvələrə ehtiyacı var?" sualına cavab olaraq deyib.

"Amma biz görürük ki, nəinki Moskvaətrafı ərazilərdə, hətta bilavasitə Rusiyanın paytaxtında da vaxtaşırı baş verən o hadisələr rus təbliğatçılarının açıqlamalarına uyğun gəlmir", - o bildirib.

Ekspert qeyd edib ki, ruslar özlərini qorumaq üçün xeyli sayda hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyurlar:

"Lakin burada bir problem yaranır: onların müdafiə sistemləri ukraynalı müdafiəçilərdən qorunmaq üçün Ukrayna cəbhəsində yerləşdirilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.