Rusiya

Ruslara Ukrayna əsgərlərinin forması paylanır - Şok səbəb

6 May 2023 15:51
Baxış: 1 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya xüsusi xidmət orqanları mayın 9-na təxribatlar, xüsusən də Ukrayna əsgərləri adı altında Rusiyanın sərhədyanı rayonlarının mülki əhalisinə hücumlar hazırlaya bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov çıxış edib.

O qeyd edib ki, müharibənin davam etdiyini nəzərə alsaq, tarixindən asılı olmayaraq, istənilən gündə hər cür insident və təxribatlar mümkündür.

Yusov Milli Müqavimət Mərkəzinin Bryansk və Kursk vilayətlərindəki rus hərbçilərinə Ukrayna Silahlı Qüvvələrinin geyim formasının verilməsi ilə bağlı yaydığı məlumatı şərh edib:

"2014-cü ildən işğalçılar bu cür təxribatdan istifadə edirlər və ola bilsin ki, biz də indi bununla üzləşəcəyik. Bu vəziyyətdə belə təxribatlar Rusiya xüsusi xidmət orqanları tərəfindən müəyyən tarixlərə, məsələn, 9 may tarixinə (Qələbə günü) təsadüf edə bilər.

Nə Ukraynada, nə də bütün dünyada heç kim bu cür tamaşalara inanmayacaq. Amma bu o demək deyil ki, heç bir təxribat olmayacaq. Xüsusən də Belarusu Ukraynaya qarşı müharibəyə çəkmək üçün ona qarşı təxribat törədilməsi riski var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.