Rusiya

Qucağında “uşaq” daşıyırdı, bələkdən əvvəl pişik, sonra da narkotik çıxdı - VİDEO

14 Aprel 2023 20:24
Baxış: 1 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Nijni Taqil şəhərində qəribə qaçaqmalçılığın üstü açılıb. Belə ki, narkotik maddə satışı ilə əlaqədar saxlanılan qadının qucağındakı "körpənin" əslində pişik olduğu ortaya çıxıb. Elə narkotikləri də heyvana geyindirdiyi kombinezonda gizlədibmiş.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kadrlar sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

"Pişik ya bu qəribə vəziyyətə görə, ya da bütün fəndlərə baxmayaraq, sahibinin ifşa olunmasından şokdadır", - deyə istifadəçilərdən biri yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.