Rusiya

Rusiyanın 11 min metr yüksəklikdə olan təyyarəsində sərnişinlər oksigensiz qaldılar - VİDEO - FOTO

25 Fevral 2023 12:50
Baxış: 1 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya hava məkanında təyyarədə təhlükəli anlar yaşanıb.

Belə ki, Soçidən Krasnoyarska uçan "Rossiya" aviaşirkətinin təyyarəsinin salonunda hermetizasiya ilə bağlı problem yaranıb. Bundan başqa, sərnişinlərin sözlərinə görə, hava gəmisi çox köhnə olduğundan salonda olanların hamısı üçün oksigen maskaları düşməyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə 11 min metr hündürlükdə baş verib.

Enişdən sonra bütün sərnişinlər həkimlər tərəfindən müayinə ediliblər. Onlardan beşinə tibbi yardım tələb olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.