Rusiya

61 yaşlı rusiyalı Olimpiadada çıxış etmək üçün vətəndaşlığını dəyişdi

13 Fevral 2023 20:00
Baxış: 919
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı atlet Vladimir Tuqanov idman vətəndaşlığını dəyişib.

Bu barədə Rusiyanın atçılıq komandasının baş məşqçisi Vladimir Beletski məlumat verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Beletski 61 yaşlı idmançının Fələstin millisinə keçdiyini bildirib.

"Onun rusiyalıların beynəlxalq yarışlara qayıtmasını sakitcə gözləməyə vaxtı yoxdur, hər ili qiymətlidir. İdman karyerasında çox illəri qalmayıb, ona görə də indi yarışmaq və üçüncü Olimpiadasına vəsiqə qazanmaq istəyir", - deyə məşqçi izah edib.

Beletski qeyd edib ki, idman vətəndaşlığını dəyişmək qərarı Tuqanov üçün çox çətin olub.

Qeyd edək ki, Tuqanov atçılıq üzrə Rusiya millisinin tərkibində 2004 və 2012-ci illərdə keçirilən Oyunlarda iştirak edib. Turnirlərdə o, müvafiq olaraq 33-cü və 65-ci nəticə göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.