Rusiya

Ər rusiyalı arvadını öldürmək üçün qatil tutdu

10 Fevral 2023 00:44
Baxış: 1 616
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Omskda yaşayan və ikili vətəndaşlığı olan Qahirə sakini Məhəmməd əl-Səid Əbu Elala Rusiyada mühasib xanımla ailə qurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, lakin mədəniyyətlər arasındakı fərqlər öz təsirini göstərib və ailə həyatı boşanma ilə nəticələnib.

Misirli birlikdə əldə etdiklərini bölüşmək istəməyib və 700 min rubla (təxminən 16 245 manata) sifarişli qatil tapıb. Sonradan məlum olub ki, qatillərin axtarışı üçün saytlarda qeydiyyatdan keçən cinayət axtarış idarəsinin üzvləridir.

Polis qatil rolunu məharətlə oynayıb. Təhlükəsizlik qüvvələri qadının guya ölmüş fotosunu ərinə göndərib. Kişi pulun qalan hissəsini verməyə gəldikdə isə həbs olunub.

Faktla bağlı cinayət işi açılıb. Misirlini ömürlük həbs cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.