Rusiya

Rusiya Soledar şəhərini tutub, lakin...

13 Yanvar 2023 11:23
Baxış: 1 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rus ordusu Soledar şəhərini tutub, lakin bu, Baxmutun mühasirəyə alınmasına gətirib çıxarmayacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.

"Rus ordusu Soledarın hamısına olmasa da, böyük hissəsinə nəzarəti ələ keçirib və Ukrayna qüvvələrini şəhərin qərb kənarından sıxışdırıb çıxarıb. Amma rusların bu üstünlüyü onlara Baxmutu mühasirəyə almağa imkan verməyəcək. Rusiya qüvvələri Baxmut bölgəsində yüksək hücum tempini saxlamağa cəhd edə bilər, lakin bu səylər əməliyyat baxımından əhəmiyyətli nəticələrə gətirib çıxarmayacaq, çünki onlar döyüş gücünü itiriblər", - məlumatda deyilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.