Rusiya

Qadın satdığı BMW-ni səhəri gün qaçırdı

16 Noyabr 2022 15:30
Baxış: 1 532
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Moskva şəhərində bir qadın BMW markalı avtomobilini satıb və bir gün sonra onu qaçırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, avtomobilin satışı ilə bağlı elan alıcının qabağına "Telegram"da çıxıb. Orada 2021-ci il buraxılışlı "BMW 630d xDrive" 5 milyon rubla satışa qoyulub. Kişi satıcı qadın - 36 yaşlı Yekaterina İnozemtseva ilə görüşə gedib və alqı-satqı müqaviləsi bağlayıb.

Yeni sahibi BMW-ni Şukinodakı həyətində saxlayıb, ertəsi gün maşın oradan oğurlanıb. Kişi polisə müraciət edib. Avtomobili qaçıran şəxs tezliklə tapılıb, məlum olub ki, bu, onun satıcısıdır.

İnozemtseva cinayət ortaqları - tibb fakültəsinin tələbəsi olan bacısı və iki işsiz kişi tanışı ilə birlikdə hərəkət edib. Onların dördü də saxlanılıb, maşının axtarışı davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.