Rusiya

Uşaq bağçasında müəllimlər azyaşlıları döydülər - VİDEO

11 Oktyabr 2022 16:08
Baxış: 1 163
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Krasnodar diyarında "Uşaqlıq İmperiyası" uşaq bağçasının müdirinə qarşı "Azyaşlıya işgəncə verilməsi" maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rayon prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə qadın müəllimlərin uşaqları təhqir edərək döymələri əks olunub.

"İlkin istintaq çərçivəsində uşaq müəssisəsinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara qarşı fiziki güc tətbiq etmə faktını təsdiq edən videoyazı götürülərək araşdırılır", - deyə şöbədən bildirilib.

Eyni zamanda, hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, Soçi şəhərindəki bu hadisə 2021-ci ilin fevralında baş verib, lakin video şəbəkələrdə yalnız indi yayılıb.

Qeyd olunub ki, videodakı uşaqlarda müxtəlif patologiyalar var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.