Rusiya

Səfərbərlikdən sonra Rusiyanı 700 minə yaxın vətəndaş tərk edib

5 Oktyabr 2022 17:16
Baxış: 1 411
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qismən səfərbərlik elan edildikdən təxminən iki həftə sonra 700 minədək vətəndaş Rusiyanı tərk edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, onlardan 200 mini Qazaxıstana üz tutub.

Eyni zamanda, ölkədən neçə nəfərin turizm məqsədi ilə getdiyini hazırda hesablamaq mümkün deyil.

Rusiyalıların yollandığı ən populyar istiqamətlərdən biri Gürcüstandır.

Həmçinin, Aİ ölkələrinə gedən vətəndaşların da sayı az deyil. Belə ki, bir neçə gün öncə Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov bildirib ki, sentyabrın 21-dən etibarən 60 minə yaxın rusiyalı Finlandiyaya daxil olub. Onların 80%-i Avropanın digər ölkələrinə tranzit vasitəsilə keçiblər. Kuznetsov vurğulayıb ki, gedənlərin dəqiq neçə nəfərinin səbəb kimi qismən səfərbərliyi göstərdiyi məlum deyil. Lakin miqrasiya xidmətinin məlumatına görə, 100-ə yaxın insan sığınacaq üçün müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.