Rusiya

Sobçaka cinayət işi açıla bilər

3 Oktyabr 2022 11:57
Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polis Rusiyalı jurnalist, teleaparıcı Kseniya Sobçakın hərəkətlərində dövlət hakimiyyəti haqqında saxta məlumatların yayılmasını qeydə alıb.

Milli.Az axşam.az-a istinadən xəvbər verir ki, bu barədə TASS öz mənbəsinə istinadən məlumat yayıb. Bildirilib ki, İstintaq Komitəsindən jurnalistə qarşı cinayət işi qaldırmaq xahiş edilib. İşin hansı maddə ilə qaldırılacağı hələlik məlum deyil. Mənbənin sözlərinə görə, bu, "festivalların dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı saxtakarlıqdır".

Qeyd edək ki, bundan əvvəl rejissor Vitali Manskiyə qarşı cinayət işi açılıb və o, Rusiyanın Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.  Rejissor "Осторожно, Собчак" yutub layihəsinə müsahibəsi zamanı "Moskva" beynəlxalq kinofestivalında büdcənin azı 85%-i oğurlanır" deyə bildirmişdi. Sobçakın adı isə bu işdə şahid kimi hallanır. Dindirilmə zamanı Sobçak qeyd edib ki, Manski ilə müsahibəsinə görə cavab verməyə hazırdır və buraxılışın nə rejissoru, nə də redaktorları olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.