Rusiya

Təyyarədə dava düşdü - VİDEO

18 Sentyabr 2022 00:22
Baxış: 2 002
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Moskva-Abakan təyyarəsinin göyərtəsində dava düşüb. Belə ki, 27 yaşlı qadın hava gəmisinin ayaqyolunda siqaret yandırıb. Stüardessaların buna iradına isə o, nalayiq ifadələrlə cavab verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, münaqişənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Təyyarə eniş etdikdən sonra sərnişin polis tərəfindən saxlanılıb. Onun barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin "Federal qanunla müəyyən edilmiş tütünçəkmə qadağasının pozulması" və "xırda xuliqanlıq" maddələri ilə inzibati protokollar tərtib edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.