Hadisə

Qulağı qoparılan sahibkar da həbs olundu

26 Noyabr 2025 18:21
Baxış: 67
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Marketin qarşısında qonşusu ilə davada qulağı qoparılan 35 yaşlı Nihad Əliyevin də məhkəməsi keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə "Həsənoğlu Market"in sahibi olan N.Əliyev Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona 2 il 3 ay həbs cəzası verilib. Nihad məhkəmə zalındaca qandallanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Nihadla dalaşan Kürdəmir rayon Sor-Sor kənd sakini 43 yaşlı Cavad Rüstəmova (soyadlar şərtidir) da hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavad 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 3 il 6 ay həbs cəzası alıb.

Bildirilib ki, cinayət hadisəsi ötən il oktyabrın 6-sı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bəhruz Kəngərli küçəsində yerləşən "Həsənoğlu Market"in qarşısında baş verib.

Həmin vaxt marketin sahibi olan Nihadla qonşusu Cavad 18 manat borc pul və maşını obyektin qarşısında bərk sürməyə görə dalaşıblar. Nihad ona irad bildirərək hücum edib. Dava zamanı Cavad Nihada dəmir parçası ilə zərbələr endirib həmçinin bir qulağını dişləyərək qoparıb. Hadisədən sonra Nihad qulağını xəstəxanaya apararaq tikdirmək istəsə də, tibbi müdaxilə müsbət nəticələnməyib. Belə ki, yerinə tikilən qulaq çürüyərək düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.