Rusiya

Kvest oyununda yeniyetmələr yandı - VİDEO - FOTO

13 Sentyabr 2022 19:08
Baxış: 808
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya paytaxtında horror-kvest (xüsusi hazırlanmış yerdə bir neçə nəfərlik komandalar üçün əyləncəli oyun) zamanı 15 yaşlarında olan üç yeniyetmə və iki işçi yaralanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Moskva İstintaq Komitəsinin mətbuat xidməti xəbər yayıb.

Məlum olub ki, kvest zamanı uşaqların əlinə nasaz qaz balonu keçib. O alışıb. Bu zaman uşaqlar qəfəsdə olduqlarından, çıxa bilməyiblər.

"Onları qəfəsə salıblar, balonu yandırıblar, o da nasaz imiş. Böyük bir alov çıxıb və tavana keçib. Uşaqların üzərlərindəki paltarlar yanıb, onların üzərlərinə tavandan əriyən isti plastik damlayıb", - deyə uşaqlardan birinin anası deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.