Rusiya

Məktəblilər 4-cü sinif şagirdini bir ay ərzində zorlayıblar

31 May 2022 09:15
0 Şərh     Baxış: 2 115
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Krasnodar diyarında beş məktəbli dördüncü sinif şagirdini zorlamaqda şübhəli bilinir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Onun sözlərinə görə, aprel ayında Poltavskaya kəndində beş yeniyetmə 4-cü sinif şagirdini guya oyun oynamaq adıyla tərk edilmiş binaya aparıblar. Daha sonra məktəblilər qızı tarlaya aparıb, orada zorlayıblar.

Qız hər şeyi anasından gizlətdiyi üçün bir ay ərzində ona qarşı zorakılıq davam edib. Nəticədə qadın baş verənləri digər uşaqlardan öyrənib və polisə ərizə məlumat verib.

Hazırda ümumtəhsil məktəbinin altıncı sinif şagirdi, həmçinin yerli internat məktəbinin yeddinci və üç nəfər doqquzuncu sinif şagirdlərinə qarşı müvafiq maddə ilə cinayət işi başlanıb. Artıq beş yeniyetmədən üçü saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.