Rusiya

Putin erməniyə “Rusiya Qəhrəmanı” adı verdi

26 May 2022 13:52
Baxış: 1 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin polkovnik-leytenant Andranik Qasparyanı "Rusiya Qəhrəmanı" adının verilməsi ilə bağlı fərman imzalayıb.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə Omsk vilayətinin qubernatoru Aleksandr Burkov məlumat yayıb.

Sərhəd müdafiəsi briqadası bölüyünün komandiri olan Qasparyanın Xerson vilayətindəki körpünün ələ keçirilməsində göstərdiyi qəhrəmanlığa görə bu ada layiq görülüb. Belə ki, 3 gün mühasirədə qalmasına və ardıcıl aviazərbələrə baxmayaraq, dəstə geri çəkilməyib. Qrup bu döyüş ərzində düşmənin, yəni Ukraynanın 23 ədəd zirehli maşınını məhv edib, 9 hücumunu dəf edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory