Rusiya

Torpaq üstündə kütləvi dava baş verib - VİDEO

26 May 2022 15:30
0 Şərh     Baxış: 1 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dağıstanda torpaq münaqişəsi zəminində qonşu kəndlərin sakinləri arasında kütləvi dava olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 25-də Botlix rayon xəstəxanasının həyətində baş verib.

Davada Ansalta və Raxata kəndlərinin 30-dan çox sakini iştirak edib.

Davaya səbəb ümumi sahəsi 130 hektar olan torpaq sahəsi üstündə yaranan mübahisə olub.

Münaqişə hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən nizamlanıb. Bundan sonra rayonun rəhbəri Ruslan Həmzətov dava iştirakçıları ilə maarifləndirici söhbəti aparıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.