Rusiya

Tanınmış teleaparıcıya sanksiya tətbiq edildi

4 May 2022 10:24
0 Şərh     Baxış: 1 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliya hökuməti Dövlət Dumasının deputatlarına, "Luqansk Xalq Respublikası və "Donetsk Xalq Respublikası nazirlərinə, həmçinin rusiyalı jurnalist və teleaparıcı Vladimir Solovyova qarşı sanksiyalar tətbiq edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Avstraliya Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bəyanatında deyilir ki, Avstraliya hökumətinin sanksiyaları Dövlət Dumasının 75 deputatına, "Donetsk Xalq Respublikası"nın 20 nazirinə və "Luqansk Xalq Respublikası"nın 12 əsas nazirinə qarşı tətbiq edilib.

Bundan başqa, sanksiya siyahısına rusiyalı telejurnalist Vladimir Solovyov da daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.