Rusiya

Qara dənizdə rus donanması üçün təhlükə var - Britaniya kəşfiyyatından sensasiyalı icmal

28 Aprel 2022 14:30
Baxış: 1 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Qara dənizdə yerləşən donanmasına məxsus gəmilərin itkisinə baxmayaraq, Ukrayna və sahilyanı hədəflərə zərbə endirmək imkanını saxlayır.

Milli.Az  "European Truth"ə istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir. Qeyd olunur ki, hazırda Qara dəniz əməliyyat zonasında Rusiya Hərbi Dəniz Qüvvələrinin 20-yə yaxın gəmisi, o cümlədən sualtı qayıqlar var. Bosfor boğazı Türkiyəyə aid olmayan bütün hərbi gəmilər üçün bağlı olaraq qalır və Rusiya Qara dənizdə itirilmiş "Moskva" kreyserini əvəz edə bilmir.

"Saratov desant gəmisinin və "Moskva" kreyserinin biabırçı şəkildə itkisinə baxmayaraq, Rusiyanın Qara Dəniz Donanması Ukrayna və sahilyanı hədəflərə zərbə endirmək qabiliyyətini saxlayır", - mesajda deyilir.

Anar Əli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.