Rusiya

Məktəblini saytın heyvanlar bölməsində satışa çıxardılar - FOTO

20 Aprel 2022 17:30
0 Şərh     Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Buryatiya Respublikasının Ulan-Ude şəhərində yeniyetmə "satışa" çıxarılıb.

Bu barədə məlumat ödənişsiz elanlar saytında yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, foto satışların həyata keçirildiyi saytın "heyvanlar" bölməsində dərc olunub.

Görünür bununla məktəblilər öz sinif yoldaşları ilə zarafat etmək qərarına gəliblər.

Elan yerləşdirən şəxs parta arxasında oturan məktəblinin şəklinin təsvirinə "Tamir" adını qoyub, eyni zamanda onun "cins"ini də göstərib.

Qeyd olunur ki, reklamın müəllifi satış saytında martın əvvəlində qeydiyyatdan keçib.

Sayt administratorları artıq elanı siliblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.