Rusiya

Rusiya Ukraynada nə qədər canlı itki verib? - Məşhur araşdırmaçı jurnalist açıqladı

16 Aprel 2022 15:45
0 Şərh     Baxış: 1 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Ukraynada itkiləri təxminən 16-17 min nəfər təşkil edir.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bunu "Bellingcat" internet nəşrinin Bolqarıstandan olan araşdırmaçı jurnalisti Xristo Qrozev 15 martda "Populyarnaya politika" "YouTube" kanalına verdiyi müsahibəsində bildirib.

"Rusiya ordusundakı mənbəmizdən eşitdiyim rəqəm - 14 min nəfər olub. Və bu, təxminən 10 gün əvvəl baş verib. Bu gün bəlkə 20 min (Ukrayna rəsmilərinin açıqladığı rəqəmə istinad edir-red.) deyil, 16 min nəfərdir. Belə uğursuzluğun miqyasını ölçmək üçün 16 min və 20 minin nə fərqi var ki? 

Mənə elə gəlir ki, Rusiyada xalqla belə "razılaşma" olmayıb. Yalnız Mariupolun (şərti olaraq) əldə edilməsi üçün 10-15 min əsgərin öləcəyi barədə xəbərdarlıq edilməyib. Əgər əvvəlcədən belə ehtimallar səslənsəydi, o zaman bu rəqəmin aşılıb-aşılmamasının vacibliyindən danışardıq. Amma burada sanki deyirdilər ki, 500-1000 nəfər itki ilə qələbə qazanacağıq, o cümlədən Kiyevi ələ keçirəcəyik və ölkədə rəhbərliyi dəyişəcəyik. Yəni balans tam pozulub. Sualınıza belə cavab verə bilərəm: Hesab edirəm ki, bu günə real rəqəm hardasa 16-17 min nəfər civarındadır", deyə araşdırmaçı jurnalist Rusiya itkiləri ilə bağlı sualı cavablandırıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.