Rusiya

“Qazprom”un rəhbəri Putini "devirməyə" çağırdı

8 Aprel 2022 13:12
1 Şərh     Baxış: 2 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı təbliğatçı jurnalistlərin yazışmalarını sızdıran Anonymous qruplaşması ilə əlaqəli olan ATW haker qrupu Rusiyanın "Qazprom" şirkətinə hücum edib və şirkətin saytında baş direktor Aleksey Millerin "Alternativ Rusiya" başlıqlı mesajını yerləşdirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Miller öz "mesajında" guya "xüsusi əməliyyat"dan narazılığını və prezident kreslosunda Vladimir Putini əvəz etməyə hazır olduğunu bildirib.

"Bir vətənpərvər kimi mən Rusiyanın parlaq gələcəyini və onun həyatının bütün sahələrinin inkişafını dəstəkləyəcəyəm. Mən indi ölkəmin rejiminin həyata keçirdiyi zorakılığı rədd edirəm və nifrət edirəm.

İnanıram ki, mən iqtisadi inkişaf və tərəqqi yolunu seçərək böyük vətənimizin layiqli əvəzçisi və uğurlu rəhbər ola bilərəm.

Bütün həmkarlarımdan, dostlarımdan, tanışlarımdan alternativ mövqeyə dəstək vermələrini xahiş edirəm.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.