Rusiya

Rus ordusu Kiyevə yeni hücuma hazırlaşır

29 Mart 2022 11:48
0 Şərh     Baxış: 852
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya silahlı qüvvələri Ukraynanın Kiyev vilayətində hücum əməliyyatına hazırlaşır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kiyev vilayətinin hərbi administrasiyası məlumat yayıb.

"Düşmən Rusiya müdaxilə etdiyi əraziləri saxlamaq və hücum əməliyatını bərpa etməyə köklənib. Onlar yenidən qruplaşır, texnikanın yanğın nəticəsində zədələnməsinin qarşısını almaq üçün onları yaşayış məntəqələri və meşələrdə yerləşdirir.

Xüsusən də Rusiya hərbi rəhbərliyi müharibənin ilk ayında itki verən bölmələrin yenidən qurmağa və döyüş qabiliyyətini bərpa etməyə çalışır.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin bölmələri müdafiə əməliyyatlarını davam etdirir və müəyyən ərazilərdə uğurlu əks-hücumlar həyata keçirir", - deyə bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.