Rusiya

Fermaya işləməyə gəlmişdi, başına oyun açdılar - Zorlanan qadının həyat hekayəsi

19 Fevral 2022 17:12
0 Şərh     Baxış: 1 904
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Buryatiyada (Rusiya) bir neçə il uşaqları ilə birlikdə kölə vəziyyətində qalan və zorlanan qadının həyat hekayəsi hər kəsi heyrətə salıb. Bəlli olub ki, iki uşağı olan ananı uşaqları ilə birlikdə bir neçə il Voronej yaxınlığında kölə kimi saxlayıblar.

Milli.Az "Moskovski komsomolets" qəzetinə istinadən xəbər verir ki, sosial şəbəkələrdə "Alternativ" ictimai təşkilatının nümayəndələri bildiriblər ki, qadın işləmək üçün Moskvaya getmək qərarına gəlib. Orada isə kölə vəziyyətinə salınıb. Ona fermada südçü kimi işləmək təklif olunub. Şərtlər qadının xoşuna gəlib və o da razılaşıb. Müəssisədə iki qardaşın köləsinə çevrilib. Dəfələrlə qaçmağa çalışsa da, bacarmayıb. Hüquq müdafiəçiləri qeyd edirlər ki, qız pulsuz işləməyə və fermerlərdən biri ilə yaşamağa məcbur olub.

Qurbanını zorlayan şəxs onun uşaqlarını mütəmadi döyüb. Qız həyatından danışdığı dostu sayəsində köləlikdən qurtula bilib. Zərərçəkənin altı və dörd yaşlı uşaqları hazırda acınacaqlı vəziyyətdədir. Yaxın vaxtlarda ailəni vətəninə Buryatiyaya göndərməyi planlaşdırırlar.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.