Rusiya

Sərnişinlə taksi sürücüsü əlbəyaxa oldu: Avtomobil qəzaya düşdü - VİDEO

8 Fevral 2022 18:24
0 Şərh     Baxış: 989
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Omsk şəhərində taksi sürücüsü ilə sərnişin əlbəyaxa olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, insident nəticəsində Anton adlı sürücüyə zərər dəyib.

Hər şey sərnişinin taksidə olmasına baxmayaraq pivə içməsi və şirniyyat yeməsi ilə başlayıb.

Bir müddət sonra sərnişinin içdiyi pivə avtomobilə tökülüb və nəticədə sürücü onun avtomobilinə dəyən ziyanın pulunu tələb edib.

Lakin sərnişin nə avtomobili təmizləməyə nə də gediş haqqını ödəməyə pulunun olmadığını bildirib.

Sürücü məsələni həll etmək üçün avtomobili taksi deposu istiqamətinə sürməyə başlayıb. Buna etiraz edən sərnişin sükandan tutaraq sürücüyə mane olmağa çalışıb.

Tərəflər arasında başlayan insident qəzaya səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.