Rusiya

Rusiyada yoluxanların sayına görə antirekord yenilənib

7 Fevral 2022 09:18
0 Şərh     Baxış: 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən sutka ərzində Rusiyada 180 071 yeni koronavirusa yoluxma faktı aşkarlanıb. Əvvəlki maksimum fevralın 5-də qeydə alınıb və 177 282 nəfər təşkil edib.  İnfeksiyaya nəzarət üzrə federal qərargahın saytında verilən məlumata görə, ümumilikdə, 12,8 milyondan çox rusiyalı COVID-19 pandemiyasının başlanğıcından bu yana yoluxub.

Milli.Az xəbər verir ki, həmçinin, son 24 saat ərzində 12 749 nəfər xəstəxanaya yerləşdirilib. Eyni zamanda, 59 583 xəstə sağaldıqdan sonra xəstəxanalardan evə buraxılıb.

Habelə, gün ərzində 661 nəfər koronavirusun qurbanı olub. İndiyədək ölkədə 335 414 nəfər COVID-dən dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.