Rusiya

Moskva sakinlərinə “Nadya” xəbərdarlığı: Ölümcül ola bilər

31 Yanvar 2022 11:04
0 Şərh     Baxış: 1 387
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərbdən Rusiyanın Avropa hissəsinə güclü siklon hərəkət edir.

Onun gəlişi ilə sinoptiklər hava şəraitinin əhəmiyyətli dərəcədə pisləşəcəyini gözləyirlər. Belə ki, Avropada "Nadya" adlı qasırğa artıq böyük dağıntılara və hətta insan tələfatına səbəb olub.

Məsələn, Almaniyanın Belitz qəsəbəsində yoldan keçən bir nəfər üzərinə aşan reklam lövhəsinin altında qalaraq ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bremendə isə ağacın aşması nəticəsində bir nəfər yaralanıb.

Hamburqda güclü fırtına şəhərin bir sıra ərazilərində daşqınlara səbəb olub.

Berlində isə ağacların ictimai nəqliyyat xətləri üzərinə aşması səbəbindən fövqəladə vəziyyət elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.