Rusiya

Azərbaycanlılar 17 nəfəri öldürdü, 4 nəfəri kor etdilər - SİBİRDƏ HƏBSLƏR

18 Yanvar 2022 17:54
1 Şərh     Baxış: 2 082
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Tümen vilayətinin Lenin rayon məhkəməsi bir qrup azərbaycanlı barəsində həbs-qət imkan tədbiri çıxarıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, onlar saxta spirti içkilər istehsal etməkdə və nəticədə 17 nəfərin həyatını itirməsində günahkar bilinirlər.

Məlumata görə, adı gedən cinayətdə Azərbaycan vətəndaşları Əbdürrəhman Əbdürrəhmanov, Məhyəddin Hüseynov, Vüqar Vəliyev, Seymur Mehdiyev, Ədilxan Kərimov, Rövşən Daşdəmirov, Oruc Məmmədov və daha 7 nəfər ittiham olunur. "Rodniki Sibiri" etiketi adı altında istehsal olunan saxta araqlar nəticəsində ölənlərdən başqa onlarla adam da zəhərlənmə diaqnozuyla xəstəxanaya yerləşdirilib. Onlardan 4 nəfərinin vəziyyəti ağırdır. Hətta sağalsalar belə ömürlük kor qalacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory