Din

Bütün Qafqazı şeyxi: “Bakıdakı "Fatimeyi-Zəhra" məscidi ilə bağlı problem həll olunub”

17 May 2010 16:24
Baxış: 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
""Fatimeyi-Zəhra" məscidi ilə bağlı problem yaranmışdı. Mən şeyx kimi deyirəm, bu məsciddi, o biri deyir, yarımçıq tikilidir. O, ateist mövqedən çıxış edir və dediyində doğrudur. Şəriət baxımından isə məsciddir". Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşündə deyib.

Hacı Allahşükür Paşazadə bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi dövlət-din münasibətlərinin saxlanmasında əlindən gələni edir: "Bəzən idarəni ittiham edirlər ki, biz hansısa məsələlərlə bağlı öz sözümüzü demirik. Süni yaradılan bu məsələlərdən düşmənlərimiz, xarici qüvvələr bizə qarşı istifadə edirlər. Bu gün Türkmənistan, Özbəkistan, Qırğızıstan haqqında danışmırlar. Qırğızıstandakı son hadisələr zamanı 76 din adamını tutdular. Niyə Azərbaycandan danışırlar? Demək, məqsədləri var. Məqsədlərinə çatmaq istəyirlər. Amma çata bilməyəcəklər".

Qeyd edək ki, Azərbaycan Prezidenti tikintisi dayandırılmış və sökülməsinə məhkəmə tərəfindən qərar verilmiş "Fatimeyi-Zəhra" məscidinin tikilisinin Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilməsi barədə göstəriş verib.

Yeni Günəşli qəsəbəsi, V massivi, 33 ünvanında yerləşən "Fatimeyi-Zəhra" məscidinin sökülməsi ilə bağlı 2 saylı Yerli İqtisad Məhkəməsi Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında qərar çıxarıb.

/Trend/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.