Qiyamət günü Allah qatında ən pis insanlar ONLAR İMİŞ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ailə sirləri niyə başqalarına deyilə bilməz?..
Milli.Az bildirir ki, sirr insana verilən əmanətdir. Dürüst adam hər cür əmanətdə əmin olduğu kimi bu mövzuda da əmindir. Çünki o bilir ki, sirr onun əsiridir, ifşa edərsə o sirrinin əsiri olar. Sirr vardır, şəxsə, sirr var, ailəyə, sirr də var, bütün bir cəmiyyət və millətə aiddir. Ailə sirrinə gəlincə, bu haqdakı ayədə Uca Allah belə buyurur: "Onlar (qadınlar) sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız)..." (Bəqərə, 2/187). Yəni paltar insanın eyiblərini örtdüyü kimi, ər və arvad da bir-birinin eyiblərini örtməli, qüsurlarını başqalarından gizləməlidir.
Peyğəmbərimiz (s.ə.s) də ailə sirlərinin qorunmasına böyük əhəmiyyət vermiş və möminlərə də ailə sirlərinin açığa çıxarılmaması mövzusunda çox ciddi tənbehlər etmişdir. Rəsulullahın (s.ə.s.) bu mövzudakı tətbiqatı, əmr və tövsiyələri həm ailənin qorunması, həm də ədəb və əxlaq baxımından böyük əhəmiyyət kəsb edir. Peyğəmbərimiz (s.ə.s) "Şübhəsiz ki, qiyamət günü Allah qatında ən pis qiymətləndiriləcək insan, xanımı ilə yaxın olduqdan sonra qadının sirlərini ifşa edən insandır"[1] buyuraraq ər-arvad arasında qalması lazım olan ailə sirlərinin əmanət olduğuna işarə etmişdir. Bu meyarda qadınların görüşüb, tanış olduqları xanımların məhrəm qalması vacib olan xüsusiyyətlərini başqa yerlərdə danışmamaları və bu barədə qeybət etməmələri mövzusunda da xəbərdarlıq etmişdir.[2]
Ər-arvad arasındakı münasibətlər Allahla bəndə arasındakı münasibət qədər qorunub saxlanmalı və başqaları ilə paylaşılmamalıdır. Qadın qonşuların və qohumların yanında yoldaşınını nə tərifləməli, nə də tənqid etməlidir. Yoldaşı haqqında lüzumsuz danışaraq qısqanclığa və ya qeybətə rəvac verməməlidir. Qadınlarla söhbət zamanı öz ailə sirlərini paylaşmadığı kimi, qonşusunun sirlərini də evdə və ya başqa bir yerdə danışmamalı, qonşusu ilə münasibətlərinə xələl gətirməməlidir.
Ailə sirrindən başqalarının xəbərdar olması həyat yoldaşları arasındakı ünsiyyətin və xoş münasibətin zəifləməyinə gətirib çıxarır. Tərəflər arasındaki sevgi və hörmətə kölgə salır. Sirr saxlamağı bacarmayan şəxs insanlar tərəfindən də sevilmir. Heç kim ağzıboş adama etibar etməz və hamı ondan uzaqlaşar. Bu xoşagəlməz hala rəvac verməmək üçün ailəli şəxslər (xüsusən qadınlar) istər ailədaxili, istərsə də ailə xaricində olan məsələləri heç kimlə paylaşmamlı, gördüyü və eşitdiklərini qorumağı bacarmalıdır. Başqalarının sirrini də öz sirri kimi qoruyub saxlamalı, öz sirlərini isə yalnız həyat yoldaşı ilə paylaşmalıdırlar. Ailəni günah sayılan qeybətd və dedi-qodudan qorumaq ancaq bununla mümkündür. Bu qaydalar sağlam ailənin ən vacib şərtlərindən biridir.
Xülasə, sirr saxlamaq iradə imtahanıdır. Bu imtahanda müvəffəq olmayan heç bir imtahanda müvəffəq ola bilməz. Sirr namusdur, onu qoruyan namusunu qoruyar, açıqlayan şərəf və ləyaqətini itirər.
Mənbələr:
[1] Müslim, Nikah, 123; Əbu Davud, Ədəb, 37.
[2] Buxari, Nikah, 118; Əbu Davud, Nikah, 44; Tirmizi, Ədəb, 38.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)





