Milli.Az ElTV-yə istinadən bildirir ki, bununla əlaqədar olaraq Mingəçevir Dövlət Rəsm Qalereyasında "Müasir Azərbaycan fotoqrafiyası" adlı sərgi də keçirilir.
Açılış mərasimində bildirilib ki, Azərbaycanda 5 min 500 nəfər fotoqrafiya sənəti ilə məşğul olur. Bildirək ki, sərgidə 7 azərbaycanlı fotoqrafın əsərləri nümayiş olunur.
Fotolar xeyir-şərdən, sevgi-nifrətdən, tənhalıqdan, əməkdən, xoşbəxtliyə can atmaqdan və yaşamaq arzusundan bəhs edir. Bildirək ki, sərgilənən fotolar bir həftə ərzində qalereyada nümayiş olunacaq.
Milli.Az





