Azərbaycanda nə qədər fotoqraf var?

31 Yanvar 2014 19:35
Azərbaycan Fotoqraflar Birliyinin Mingəçevir bürosu açılıb.

Milli.Az ElTV-yə istinadən bildirir ki, bununla əlaqədar olaraq Mingəçevir Dövlət Rəsm Qalereyasında "Müasir Azərbaycan fotoqrafiyası" adlı sərgi də keçirilir.
 

Açılış mərasimində bildirilib ki, Azərbaycanda 5 min 500 nəfər fotoqrafiya sənəti ilə məşğul olur. Bildirək ki, sərgidə 7 azərbaycanlı fotoqrafın əsərləri nümayiş olunur.
 

Fotolar xeyir-şərdən, sevgi-nifrətdən, tənhalıqdan, əməkdən, xoşbəxtliyə can atmaqdan və yaşamaq arzusundan bəhs edir. Bildirək ki, sərgilənən fotolar bir həftə ərzində qalereyada nümayiş olunacaq.

Milli.Az