Bu gün Ucar rayonunda kənd təsərrüfatı naziri Heydər Əsədov vətəndaşlarla görüşüb.
Milli.Az ElTV-yə istinadən bildirir ki, qəbulda Ucar, Zərdab, Ağdaş, Göyçay və Kürdəmirdən olan 60-a yaxın vətəndaş iştirak edib. Qəbula gələnlər əsasən təsərrüfat sahələrinin genişləndirilməsi, heyvandarlığın inkişafı, süni mayalanma yolu ilə doğulan hər balaya subsidiyaların verilməsi, istehsalın genişləndirilməsi, kiçik istehsal sexlərinin açılması üçün güzəştli kreditlərin verilməsindəki çətinliklər, kredit müddətlərinin uzadılması və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Qəbula gələn vətəndaşların müraciətlərinin həlli üçün müvafiq qurumlara göstərişlər verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq strukturlara göndərilmək üçün qeydiyyata alınıb.
Milli.Az





