Bölgə xəbərləri

Qusar rayonunun Həsənqala kəndində yeni məktəb binası - VİDEO

22 İyun 2013 16:39
Baxış: 320
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Qusar rayonunun Həsənqala kəndində yerləşən orta məktəb Şəhid Ağamməd Şıxməmmədovun adını daşıyır. Təhsil ocağı uzun illərdir qəzalı vəziyyətdə olub. Təhsil ocağının vəziyyətini nəzərə alan məktəb kollektivi
problemlə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırıb. Artıq rayon icra hakimiyyətinin hesabına kənddə yeni məktəb binası inşa edilib.Təhsil ocağı 2 mərtəbədən, 22 sinif otağından ibarətdir. Yeni inşa olunan məktəb binasında kompüter otağı, laboratoriya, kitabxana, akt və idman zalları, yeməkxana və digər zəruri fənn kabinetləri var.
Təhsil ocağı müasir işıqlandırma və istilik sistemi ilə təchiz olunub. Məktəb 220 şagird yerlikdir. Hazırda isə məktəbin 200 şagird və 23 müəllim kontingenti var.

Tikinti işləri aparılan vaxt ərzində şagirdlər təhsillərini qonşu kənddəki  tədris müəssisəsində davam etdiriblər. İnşasına 2012-ci ilin may ayından başlanılan bina yeni tədris ilində şagirdlərin istifadəsinə veriləcək. Ümumilikdə isə hazırda Qusar rayonunda 10
məktəb binası inşa olunur.

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.