İlham Əliyevin Qarabağdakı ermənilərə vətəndaşlıq təklifi çox səxavətli təklifdir - Maksim Şevçenko - FOTO
Prezident İlham Əliyev Qarabağdakı ermənilərə Azərbaycan vətəndaşlığı təklif edir - bu, çox səxavətli təklifdir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Heydər Əliyev Mərkəzində jurnalistlərə açıqlamasında məşhur rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko deyib.
"Sizin dövlət quruculuğu, müxtəlif etnik qrupların nümayəndələrinin yaşadığı, müxtəlif dillərdə danışdığı, lakin Azərbaycanı öz vətənləri kimi hiss edən, həqiqətən də müasir, vahid Azərbaycan xalqından formalaşır. Bunlar azərbaycanlılar, ləzgilər, avarlar, ruslar, udinlər, yəhudilər, talışlar və s.-dir Mən elə başa düşürəm ki, Azərbaycan Prezidenti İlham Əliyev erməniləri də Azərbaycan vətəndaşı olmağı və Azərbaycan millətinə qoşulmağı təklif edir. Bu, əsl Azərbaycan oğlunun ürəyindən gələ biləcək çox səxavətli təklifdir. Müharibə bitəndə bu cür təklif verilir - gəlin pisliyi unudaq və gələcəyə doğru gedək. Azərbaycan xalqının xarakterinin, ruhunun sirri mənə çox maraqlı idi. Demək olar ki, bütün yetkin həyatım boyu bu məsələni araşdırmışam. Mən sizin xalqının sirrini hələ də tam başa düşə bilmirəm. Döyüşçü, şair və musiqiçi olmağı, dünyaya açıq və mehriban olmağı, heç kimə kin saxlamamağı necə bacarırsız?!".
O, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası sürətinə heyran olduğunu bildirib:
"Şuşa şəhərində oldum. Gözəl Zəfər yolu ilə getdim, Füzuli beynəlxalq hava limanını gördüm. Bu əsl möcüzədir
Azərbaycanın işğaldan azad edilmiş əraziləri dirçəlir. Tezliklə mənə deyildiyi kimi, daha müasir yol istifadəyə veriləcək, Şuşa şəhərinə tunellər çəkiləcək. Orada işləyən və bərpa işəri görə insanları gördüm. Azərbaycan Prezidenti İlham Əliyev bütün bu işləri strateji cəhətdən öz iradəsi və aydın düşüncəsi ilə əlaqələndirir".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
Yeni Günəşlidə ilan göründü - (Video)
-
Xəyalə yol hərəkət qaydalarını pozdu - (Foto)
-
Həftənin rəmzi komandası bəlli oldu
-
Kəlbəcərdə kanat yolu və dağ-xizək kompleksinin yaradılması planlaşdırılır - Prezidentin xüsusi nümayəndəsi
-
2040-cı ilin sonunadək Kəlbəcərə 17 min nəfərin köçürülməsi planlaşdırılır - Bəşir Hacıyev
-
Azərbaycanda sabiq nazir vəfat etdi - (Foto)
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
Doğma Kəlbəcərdə olmaq hər birimiz üçün böyük qürur hissidir - Hikmət Hacıyev
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var





