Dünya

İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib

12 Sentyabr 2026 13:12
Baxış: 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qonşu ölkələrə bütün uçuşlar həyata keçirilir.
 

Milli.Az xəbər verir ki, İmam Xomeyni Beynəlxalq Hava Limanının baş direktoru Ramin Kaşif Azər İRNA dövlət xəbər agentliyinə müsahibəsində hava limanından müxtəlif istiqamətlərə uçuşlarla bağlı hər hansı məhdudiyyətin tətbiq edilməsi barədə məlumatları təkzib edib.

O bildirib ki, hava limanından bütün beynəlxalq istiqamətlər üzrə uçuşlar həyata keçirilir və onlar müəyyən edilmiş cədvələ uyğun icra olunur.

Kaşif Azər əlavə edib ki, bu günədək İmam Xomeyni Hava Limanından qonşu ölkələrin hava limanlarına, eləcə də xarici uçuşların həyata keçirildiyi 40-dan çox istiqamətə sərnişin daşınması ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Onun sözlərinə görə, bütün uçuşlar adi qaydada davam edir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.