Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə Gəncəsər və Xudavəng kilsələrini ziyarət edib.
Bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Gəncəsər və Xudavəng kilsələri qədim Alban xristian irsinin ayrılmaz hissəsidir.
"Gəncəsər kilsəsi XIII əsrdə Qafqaz Albaniyasının hökmdarı Həsən Cəlal Davla tərəfindən inşa edilib və Qafqaz Albaniyasının çoxəsrlik xristian irsinin mühüm sübutlarından biridir", - deyə Hikmət Hacıyev qeyd edib.
Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, işğal illərində bu abidələr memarlıq həqiqiliyinə və ilkin xarakterinə xələl gətirən, müvəqqəti "bərpa" adı altında həyata keçirilən kənar müdaxilələrə məruz qalıb.
"Azərbaycan ərazisindəki hər bir tarixi, mədəni və dini abidə, mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin zəngin mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycan dövləti onların qorunmasına, mühafizəsinə və bərpasına sadiqdir", - deyə o bildirib.
H.Hacıyev qeyd edib ki, Azərbaycanın çoxmədəniyyətli və çoxdinli irsinin qorunması sahəsində təcrübəsi beynəlxalq səviyyədə tanınıb.
"Biz bu təcrübəni digər ölkələrlə, o cümlədən qonşularımızla bölüşməyə hazırıq", - deyə Prezidentin köməkçisi vurğulayıb.
O, həmçinin bu məsələ ilə bağlı saxta xəbərlər və yanlış narrativlər yayan media qurumlarını həmin abidələri ziyarət etməyə və ərazidəki reallığı öz gözləri ilə görməyə çağırıb.
"Görmək inanmaqdır", - deyə H.Hacıyev bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda səfərdədirlər.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Sentyabrın 11-də diplomatik korpusun nümayəndələri Xankəndi və Şuşa şəhərlərində olublar. Diplomatlar əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan işlərlə tanış olublar. Daha sonra Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi ziyarət edilib. Diplomatik korpusun nümayəndələri "Zəfər" parkını ziyarət edib, Zəfər tağı qarşısında xatirə şəkil çəkdiriblər. Səfər çərçivəsində, həmçinin Qarabağ Universiteti ilə də tanışlıq olub.
Nümayəndə heyəti Şuşa şəhərində həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olub, Birinci yaşayış məhəlləsini, Yeni Şuşa məscidinin tikintisini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü, Qarabağ küçəsini, "Sadıqcanın evi"ni, Aşağı Gövhər ağa məscidini, Şuşa mərkəzi meydanını, Şuşa Yaradıcılıq Mərkəzini və Üzeyir Hacıbəylinin ev muzeyini ziyarət edib.
Diplomatlar, həmçinin Şuşa Qala divarları önündə xatirə fotosu çəkdirib və Meksika Respublikasının Müstəqillik Günü şərəfinə keçirilən rəsmi qəbulda iştirak ediblər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
XƏBƏR LENTİ
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı
-
Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
-
"İran yaralanıb, amma ləyaqətini qoruyub saxlayır"
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI





