2040-cı ilin sonunadək Kəlbəcərə 17 min nəfərin köçürülməsi planlaşdırılır - Bəşir Hacıyev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2040-cı ilin sonunadək Kəlbəcərə 17 min nəfərin köçürülməsi planlaşdırılır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü çərçivəsində deyib.
O bildirib ki, Kəlbəcər şəhərində yeni yaşayış məhəllələrinin yaradılması və sosial infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir.
"Baş plana əsasən, şəhərin dördüncü yaşayış məhəlləsində 807 mənzilin, ikinci yaşayış mərhələsində isə 182 mənzilin inşası nəzərdə tutulub. Üçüncü yaşayış məhəlləsində 176 mənzilin sakinlərə təhvil verilməsi planlaşdırılır. Bu istiqamətdə artıq işlərə başlanılıb. Hazırda ictimai zonada yerləşən altı yaşayış binası isə ümumilikdə 162 mənzildən ibarətdir", - B.Hacıyev deyib.
Xüsusi nümayəndə qeyd edib ki, bütün yaşayış mənzilləri və binaları isti su, qaz və sürətli rabitə infrastrukturu ilə təmin olunacaq.
Onun sözlərinə görə, şəhərdə sosial infrastruktur obyektlərinin yaradılması da nəzərdə tutulub:
"Kəlbəcərdə 528 şagirdin təhsil ala biləcəyi məktəbin açılması planlaşdırılır. Burada üç qrupluq uşaq bağçası, emalatxanalar, həmçinin 70 nəfərin gecələməsi üçün şərait yaradılacaq".
B.Hacıyev əlavə edib ki, təxminən 11 hektarlıq ərazini əhatə edən mərkəzi parkın layihələndirilməsi yekunlaşdırılıb. Burada inzibati binanın və stadionun tikintisi də nəzərdə tutulub.
"Kəlbəcər Mərkəzi Xəstəxanası da hazırda layihələndirmə mərhələsindədir", - xüsusi nümayəndə bildirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
XƏBƏR LENTİ
-
Pomidoru soyuducuda saxlamayın
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto/Video)
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto/Video)
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto/Video)





