Dünya

İran və Oman Hörmüz boğazında razılığa gəldi

12 Sentyabr 2026 21:23
Baxış: 180
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İran və Oman Hörmüz boğazında tezliklə elan olunacaq gəmiçilik marşrutu ilə bağlı yekun razılığa gəliblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İran və Oman arasında iki ay davam edən intensiv texniki və diplomatik danışıqların yekununa əsasən razılaşma əldə edilib. Tehran və Maskat arasındakı razılaşma tezliklə Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə elan ediləcək. Mənbənin sözlərinə görə, qarşıdan gələn görüşdə İraq nümayəndələri də iştirak edəcəklər.

Agentliyin məlumatına görə, razılaşma İran və Oman arasındakı boğazdan keçən yeni giriş və çıxış yollarının təfərrüatlarını və xarakteristikalarını əhatə edir. "Fars körfəzinə giriş marşrutu tamamilə İranın ərazi sularından keçir və Fars körfəzinə çıxış marşrutunun bir hissəsi də İranın ərazi sularından keçir. Bu marşrut üzrə nəqliyyat İran qaydalarına uyğun olaraq həyata keçiriləcək və qüvvəyə mindikdən sonra ABŞ-nin israr etdiyi və yeni eskalasiyanın əsas səbəbi olan cənub marşrutu bağlanacaq", - mənbə bildirib.

O vurğulayıb ki, razılaşma Hörmüz boğazının açılması demək deyil. Beləliklə, İranla Oman arasındakı razılaşma yalnız o deməkdir ki, boğaz açılsa, bu, razılaşma əsasında baş verəcək ki, bu da İranın suverenliyini təsdiqləmək üçün bir addım hesab olunur", - bəyanatda deyilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.