Kəlbəcərdə kanat yolu və dağ-xizək kompleksinin yaradılması planlaşdırılır - Prezidentin xüsusi nümayəndəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kəlbəcərdə kanat yolunun inşası və dağ-xizək kompleksinin yaradılması planlaşdırılır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü çərçivəsində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.
O, bildirib ki, Kəlbəcərin inkişaf perspektivində əsas istiqamətlərdən biri turizmin inkişafıdır.
"Kəlbəcərdə kanat yolunun inşası planlaşdırılır. Eyni zamanda, dağ-xizək kompleksinin baş planı hazırlanır. İşçi layihə yekunlaşdırıldıqdan sonra tikinti işlərinə başlanılacaq. Növbəti il burada müalicəvi istirahət üçün nəzərdə tutulan sanatoriyanın açılması da planlaşdırılır", - B.Hacıyev deyib.
Xüsusi nümayəndə bildirib ki, şəhərdən 25 kilometr məsafədə yerləşən və 2024-cü ilin sentyabrında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan obyektin növbəti il istifadəyə verilməsi gözlənilir:
"Burada 145 nömrə yaradılacaq. Ərazinin əvvəllər də müalicəvi xüsusiyyətləri ilə tanındığını nəzərə alaraq, burada müxtəlif imkanların yaradılması nəzərdə tutulur".
B.Hacıyev Kəlbəcərdə yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlərdən də danışıb. Onun sözlərinə görə, Ağdərə-Suqovuşan yolunda təmir işlərinin növbəti ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Gəncə istiqamətinə çıxışı təmin edəcək yollardan birinin isə növbəti ilin yaz aylarında tamamlanması planlaşdırılır.
"Kəlbəcər-Laçın yolunun da növbəti illərdə yekunlaşdırılması nəzərdə tutulur. Bu yol əsas nəqliyyat bağlantılarından birini təşkil edir", - o, əlavə edib.
Xüsusi nümayəndə Kəlbəcərin enerji potensialına da toxunaraq bildirib ki, rayonda dövlət-özəl tərəfdaşlığı çərçivəsində 14 layihə icra olunur. Onlardan 10-u artıq istifadəyə verilib, daha ikisinin isə yaxın zamanda yekunlaşdırılması nəzərdə tutulur.
"Kəlbəcərdə su elektrik stansiyalarında istehsal olunan enerjinin ümumi gücü təxminən 100 meqavat təşkil edir. Hazırda 40 meqavat enerji istehsal olunur. Kəlbəcər şəhəri qış aylarında təxminən 4 meqavat gücdən istifadə edir. Bu da o deməkdir ki, istehsal olunan enerjinin qalan hissəsi ümumi şəbəkəyə ötürülür", - B.Hacıyev bildirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir





