Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb və ölkə regionda davamlı sülhün bərqərar olması üçün əlavə səylər göstərməyə davam edəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzində çıxışı zamanı deyib.
"Biz Ermənistan və Azərbaycan arasında ilkin sülh sazişinin və dövlətlərarası münasibətlərin qurulmasının birinci ildönümünü qeyd edirik. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan üçün münaqişə başa çatıb. Biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik. Biz başa düşdük ki, sülh reallıqları şəraitində yaşamaq elə möhtəşəm hissdir ki, bunu başqa sözlərlə ifadə etmək mümkün deyil", - deyə o bildirib.
H. Hacıyev qeyd edib ki, Azərbaycan regionda davamlı sülhün bərqərar olması və gələcəkdə sülhün möhkəmləndirilməsi üçün əlavə səylər göstərməyə davam edəcək.
"Sülh həm də yerlərdə yenidənqurma və bərpa işlərindən başlayır. Sülh sadəcə qarşıdurmanın olmaması demək deyil. Sülh etimadın qurulması, yenidənqurma və bərpa deməkdir", - Hikmət Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında son görüş konstruktiv atmosferdə keçirilib:
"Hər iki tərəf sülh gündəliyimizi daha da irəli aparmaq, iki ölkə arasında etimadı möhkəmləndirmək, ticarət münasibətlərini, o cümlədən iki ölkə və bütövlükdə regionumuz arasında bağlantı və əlaqələri daha da inkişaf etdirmək məqsədilə ikitərəfli qarşılıqlı fəaliyyəti davam etdirmək barədə razılığa gəlib".
H.Hacıyev TRIPP konsepsiyasının inkişafı ilə bağlı da müsbət siqnalların olduğunu bildirib.
"Amerikalı tərəfdaşlarımıza təşəkkür edirik ki, onlar da bu layihənin həyata keçirilməsinə tam sadiqlik nümayiş etdirirlər. Biz çox müsbət siqnallar alırıq və ümid edirik ki, tikinti işləri tezliklə yekunlaşacaq.
Ötən il diplomatik korpusla birlikdə Bakıdan Zəngilana qədər bu dəhlizə səfər etdik və siz də şahid oldunuz ki, dəmir yolu və avtomobil yolunun tikintisi demək olar ki, tamamlanıb. Bu ilin sonunadək və gələn il ərzində layihə başa çatdırılacaq", - o deyib.
Hikmət Hacıyev hazırda səylərin Naxçıvan seqmentinə yönəldildiyini diqqətə çatdırıb. O bildirib ki, Avropa İttifaqındakı və digər tərəfdaşlardan Naxçıvanda yenidənqurma və bərpa istiqamətində Azərbaycanın səylərini dəstəkləməyə hazır olduqlarına dair müsbət siqnallar alınır.
"Bu, təkcə regionumuz üçün deyil, daha geniş Avrasiya məkanı, Şərq-Qərb dəhlizi və Orta Dəhliz üçün də yeni bağlantılar yaradacaq. Bu, regionumuzun bütün konfiqurasiyasını dəyişəcək və Ermənistanın regional proseslərə inteqrasiyasını da təmin edəcək", - H.Hacıyev qeyd edib.
O, diplomatik korpus nümayəndələrindən Naxçıvana səfərlə bağlı müraciətin daxil olduğunu da açıqlayıb.
"Ümid edirəm ki, çox tezliklə bununla bağlı açıqlama verəcəyəm və sizin Naxçıvana səfərinizi də təşkil edəcəyik. Naxçıvan unikal coğrafi mövqeyə və əlçatanlıq imkanlarına malikdir, lakin uzun illər bu imkanlardan məhrum olub. İndi isə Naxçıvan inteqrasiya olunmuş regional nəqliyyat, logistika və digər layihələrin bir hissəsinə çevrilir. O, həmçinin Qarabağ və Şərqi Zəngəzur inkişaf məkanının ayrılmaz hissəsinə çevrilir. TRIPP dəhlizi isə Naxçıvanın geosiyasi və geostrateji mövqeyinə yeni üstünlük qazandırır", - deyə Hikmət Hacıyev bildirib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
XƏBƏR LENTİ
-
ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - Özü açıqladı - (Video)
-
Ceyranbatan gölündən meyit tapılıb? - Rəsmi açıqlama
-
“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu
-
Bakının mərkəzində piyadanı maşın vurdu - (Foto)
-
Tarixdə ən gənc "Formula-1" çempionu oldu
-
"Vikinq" – "Sabah" matçını hansı hakim idarə edəcək?
-
İranla sərhədimizdə PUA məhv edildi
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - (Video)
-
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
-
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir
-
Kiyevdə elektrik enerjisi kəsildi, nəqliyyat iflic oldu
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı
-
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
"Araz Supermarket" barədə protokol tərtib olunub
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)





