Siyasət

Ceyhun Bayramov Əlimərdan bəy Topçubaşovun nəvəsinin məzarını ziyarət edib - FOTO

13 Noyabr 2021 20:09
0 Şərh     Baxış: 810

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin məzarını ziyarət edib.

Bu barədə Azərbaycan XİN rəhbəri "Twitter"də bildirib.

"Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan parlamentinin ilk sədri, 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət etdik, məzarı üzərinə tər çiçəklər düzdük", - C. Bayramov qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.