Siyasət

Prezident İlham Əliyev Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib - VİDEO - FOTO

10 Noyabr 2021 11:31
Baxış: 923

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkməni qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə ölkəmizin müstəqillik qazandığı ilk günlərdən Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin çox yaxşı tarixə malik olduğu və hazırda əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Enerji sahəsində səmərəli əlaqələrə toxunularaq BP şirkətinin Azərbaycanda uzun müddətdir uğurla fəaliyyət göstərdiyi vurğulandı.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın önəmi qeyd edildi. Görüşdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.