Siyasət

Ruslar Xankəndidə heykəl qoydu

11 Noyabr 2021 21:02
2 Şərh     Baxış: 1 987

Noyabrın 10-nu Xankəndi yaxınlığındakı Rusiya hərbi şəhərciyinin ərazisində Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağa daxil olmasının birinci ildönümü şərəfinə sülhməramlıya ucaldılmış abidənin açılışı olub.

Milli.Az bildiriri ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mərasimdə Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin komandanı Gennadi Anaşkin iştirak ediblər.

Bürüncdən tökülmüş abidədə tam döyüş sursatı olan, çiynində Kalaşnikov avtomatı olan, ona gül buketi verən kövrək qızı qucaqlayan sülhməramlı təsvir edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.