Siyasət

Prezident İlham Əliyev: Pandemiyanın başladığı ilk günlərdən Azərbaycan həm daxildə, həm beynəlxalq səviyyədə çox fəal işlədi

4 Noyabr 2021 11:38
Baxış: 480

Pandemiya qlobal gündəlikdə bir nömrəli məsələdir. Biz pandemiya, postpandemiya dövrü haqqında danışdıq. Hətta tam aydın deyil biz postpandemiya dövrünə qədəm qoymuşuq, yoxsa yox. Çünki müxtəlif ölkələr fərqli yanaşmalar sərgiləyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu xəstəliyin başladığı ilk günlərdən etibarən Azərbaycan həm daxildə, həm beynəlxalq səviyyədə çox fəal işlədi.

"Biz regionda ilk ölkələrdən biri idik ki, yaşı 18-dən yuxarı olan əhalisinin təxminən yarıdan çoxunu - 60 faizini iki doza peyvənddən keçirə bildik. Biz 13 yeni dövlət xəstəxanası açdıq. Demək olar ki, 4 minə yaxın çarpayı potensialı ilə bu təsisatlar hazırda pandemiyadan əziyyət çəkən çox sayda insanlara xidmət göstərir və indi pandemiya nəzarət altındadır", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.