Siyasət

Prezident İlham Əliyev: Qarabağ münaqişəsi keçmişdə qaldı

15 Oktyabr 2021 13:13
Baxış: 572

Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycan münaqişəni hərbi yolla həll etdi.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.

Prezident qeyd edib ki, uzun illər boyu davam etmiş danışıqlar prosesi nəticəsiz qaldı. Buna görə Azərbaycan münaqişəni hərbi-siyasi yolla həll etməyi qərara aldı.

Dövlətimizin başçısı atəşkəsə nail olunmasında Rusiyanın rolunu vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.