Gənclər Kiyevdə Azərbaycana dəstək aksiyası keçiriblər - FOTO
Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə və Məzunlar Platformasının birgə təşkilatçılığı ilə Vətən müharibəsi qəhrəmanlarını yad etmək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədilə ASAP-a üzv olan xaricdə təhsil alan gənclər tərəfindən Avropanın müxtəlif şəhərlərində silsilə tədbirlərə start verilib.
Fonddan Milli.Az-a bildirilib ki, bu çərçivədə ilk tədbir oktyabrın 14-də Ukraynanın Kiyev şəhərinin "Azadlıq" meydanında baş tutub. Məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə tarixi ədalətsizliyə son qoyması, Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi hərbi cinayətləri, müharibədən sonra regionda yaranmış yeni siyasi reallığı dünya ictimaiyyətinə çatdırmaq, erməni vandalizmini insanlara təkrar xatırlatmaq olan aksiya çərçivəsində ASAP-a üzv olan gənclər Vətən müharibəsinin həqiqətlərini özündə əks etdirən bukletləri paytaxt sakinlərinə paylayaraq, ətraflı məlumat veriblər. Bukletlərdəki fotolarda işğal dövründə Azərbaycan mədəni irsinə, təbiətinə və mülki əhalisinə qarşı törədilən cinayətlər öz əksini tapıb.
Gənclər müharibənin mülki insanlar, xüsusilə yeniyetmə və uşaqlarda iz qoyduğu unudulmaz və ağır təsirləri haqqında fikirlər səsləndirirərək, erməni vandalizminin səbəb olduğu dəhşətli faktlar barədə vətəndaşları məlumatlandırıblar.
Maraqla qarşılanan aksiyada azərbaycanlı gənclərə yaxınlaşaraq daha ətraflı məlumat alan və fotolar çəkdirən Kiyev sakinləri Azərbaycan-Ukrayna dostluğunu bir daha nümayiş etdirərək, ölkəmizə dəstək olduqlarını bildiriblər.
Aksiya müddətində gənclər tərəfindən Azərbaycan xalqına bu böyük Zəfər sevincini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə edilib, Şanlı Qələbəni bizə yaşadan şəhidlər ehtiramla yad edilib, qazilərə sağlıq arzulanıb.
44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar silsilə aksiyalar qarşıdakı günlərdə digər Avropa şəhərlərində də davam edəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib





